DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi 

12:49 06.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Bu barədə hafta.az-a Xidmətdən məlumat verilib.

 

Bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.